ASA-nın Könüllü sığorta komitəsinin iclası keçirilib | Banco.az

ASA-nın Könüllü sığorta komitəsinin iclası keçirilib

Mayın 29-da Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Könüllü sığorta komitəsinin iclası keçirilib. İclasda ASA-nın sədri Orxan Bayramov, adı çəkilən komitənin sədri – “PAŞA Sığorta”nın Anderraytinq və Təkrarsığorta departamentinin müdiri Fərid Hidayətov, komitənin digər üzvləri “A-Qroup”-dan Natəvan Məmmədova, “Buta Sığorta”dan Elçin Süleymanov, “Azərbaycan Sənaye Sığorta”dan Kənan Əsgərov, “Qarant Sığorta”dan Leyla Abdinova, “Meqa Sığorta”dan Murad Babayev, “AtaSığorta”dan Nigar İbrahimova, “Amrah Sığorta”dan Rəşid Salıfov, “AXA MBASK”dan Elnarə Abbasova, “Başak-İnam”dan Nadir Səfərov, “Rəvan sığorta”dan Mail Nuriyev iştirak edib.

Yığıncaqda yol qəzası nəticəsində avtomobillərə dəymiş zərərin məbləğinin hesablanması üçün vahid standartların hazırlanması, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”-na əsasən uzunmüddətli müqavilələr bağlanarkən yaranan çətinliklər və çıxış yolları müzakirə edilib, təkliflər nəzərdən keçirilib. Hər iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et