ASA-nın icraçı direktoru Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb | Banco.az

ASA-nın icraçı direktoru Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

ASA-dan verilən məlumata görə, görüşdə Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev səfirə ölkəmizdə sığorta sektorunun inkişafı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

E.Mirsalayev həmçinin 5 türkdilli ölkənin sığortaçılar bilriklərinin iştirakı ilə yaradılmış Türk Dünyası Sığorta Birliyi haqqında da danışaraq Təşkilatın regionda sığorta sahəsində əlaqələrin inkişafı və regional sığorta habının formalaşması istiqamətindəki əhəmiyyətindən söz açıb.

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye isə öz növbəsində Azərbaycanın sığorta sektorunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Səfir həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan sığorta bazarının Pakistanın sığorta sahəsində tətbiq etdiyi yeni beynəlxalq maliyyə hesabatı standartı təcrübəsindən faydalana biləcəyini, habelə iki ölkə arasında təkrarsığorta sahəsində münasibətlərin formalaşacağına ümid etdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Pakistan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması yönündə ilkin razılıq əldə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et