Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan Respublikasının Medianın İnkişad Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov arasında görüş keçirilib.
ASA-dan verilən məlumata görə görüşdə media qurumları ilə sığorta sektoru arasındakı mövcud münasibətlər və yeni imkanlar müzakirə edilib.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev görüşdə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi haqqında məlumat verib.
Medianın İnkişad Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov da öz növbəsində sığorta sektorunun inkişafı istiqamətində görülən işləri maraqla qarşıladığını bildirib. Sığorta sektorunun media ilə qurduğu əlaqələri uğurlu hesab edərək yüksək qiymətləndirib.
Görüşün sonunda, ənənəvi və yeni medianın peşəkar əsaslarla inkişafına, habelə media qurumları vasitəsilə sığorta maarifləndirməsi işlərinin aparılmasına göstərilən dəstəyə görə ASA tərəfindən təsis olunmuş xüsusi mükafat Medianın İnkişad Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova təqdim olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!