ASA AYİB nümayəndələri ilə görüş keçirib | Banco.az

ASA AYİB nümayəndələri ilə görüş keçirib

Yanvarın 29-da Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri ilə görüş keçirilib.

Sığortaçılar Assosiasiyasından bildiriblər ki, görüşdə ASA-nın sədri Orxan Bayramov AYİB-in yerli valyuta və kapital bazarlarının inkişafı üzrə baş meneceri Metyu Saal və maliyyə-kapital bazarları üzrə məsləhətçisi Mark Makkartiyə Azərbaycanın sığorta bazarındakı vəziyyət, burada baş verən proseslər, tətbiq edilən yeniliklər və bazarın inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

Tərəflər sığorta sahəsində investisiya mühitinin yaradılması üçün görülən işlər, həyat və qeyri-həyat sığortası sahəsində investisiya imkanları, eləcə də sığorta bazarında investisiya üçün yeni alətlərin tətbiqi barədə müzakirələr aparıblar.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et