Arzuladığınız maaşı Xalq Bank Sizə verəcək! | Banco.az

Arzuladığınız maaşı Xalq Bank Sizə verəcək!

Xalq Bank  karyera sahəsindəki uğurlarınızı diqqətsiz qoymayacaq və layiqincə qiymətləndirəcəkdir. 

Sizi Xalq Bank'da mövcud olan vakansiyalara müraciət etməyə dəvət edirik.

İnformasiya texnologiyaları İdarəsinin Sistem və texniki xidmət şöbəsinin texniki dəstək üzrə stajçı mütəxəssisi / baş mütəxəssisi (YENİ)

Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)

Vəzifə : İnformasiya texnologiyaları İdarəsinin Sistem və texniki xidmət şöbəsinin texniki dəstək üzrə şöbəsinin stajçı mütəxəssisi, kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi

Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (670 AZN) ödənilməklə stajçı mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük veriləcək);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
  • Hərbi xidməti bitirənlər vəya uzun müddətli möhlət hüququ olanlar (oğlanlar üçün);
  • MCP sertifikatı olan namizədlərə üstünlük verilə bilər;
  • TCP/IP və OSI modelləri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2013 haqqında fundamental biliklər;
  • “Windows domain”, fibro - optik texnologiyalar (İP/MPLS), VoİP sistemlərinin işi üzrə biliklər;
  • Komandada işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İŞİN TƏSVİRİ:

  •  İT infrastruktur elementlərinin idarə edilməsi və onlara nəzarət;
  • “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
  • Yeni İT infrastrukturunun, avadanlıqlarının inkişaf etdirilməsi və onların təminatında iştirak;
  • İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması;
  • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi;
  • İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E - mail :           [email protected]

Telefon:            (012) 404 43 39

Faks:                (012) 404 43 34

İnformasiya texnologiyaları İdarəsinin şəbəkə infrastrukturu şöbəsinin Bankomat və POS terminallarla iş üzrə stajçı mütəxəssisi/ baş mütəxəssisi (YENİ)

Əmək haqqı: (1280 AZN-dən 2980 AZN-dək)

Vəzifə : İnformasiya texnologiyaları idarəsinin şəbəkə infrastrukturu şöbəsinin stajçı mütəxəssisi, kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
  •  Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilmək arzuolunandır);
  • Xüsusi bank avadanlıqları, o cümlədən, bankomat və POS-terminallarla, Cisco istehsalı olan marşrutizator və kommutatorlarla iş təcrübəsi arzuolunandır;
  • TCP/İP və OSİ modelleri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri haqqında fundamental biliklər;
  • Cisco sertifikatların mövcudluğu (CCENT və ya CCNA arzuolunandır);
  •  Korporativ infrastruktur, o cümlədən, şəbəkəyə qoşulma, İnternet rabitəsi, elektron poçtla əlaqəli məsələlərlə məlumatlı olmaq;
  • Korporativ qlobal şəbəkənin idarə olunması ilə bağlı məsələlərlə məlumatlı olmaq;
  • Sürücülük vəsiqəsi ;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İŞİN TƏSVİRİ:

Ən sərfəli kredit üçün müraciət et

  • Bankomatlarla iş, Wincor, NCR tipli bankomatların texniki təminatı;
  • Avadanlıqlarda olan nasazlıqların aradan qaldırılması;
  • Modul və periferik avadanlıqların profilaktikası və dəyişdirilməsi;
  • Mütəmadi olaraq sistem və şəbəkə elementlərinin fəaliyyətinə nəzarət edilməsi ;
  • İnfrastruktur təhlükəsizliyinə və prinsiplərinə əməl edilməsi.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E - mail :          [email protected]

Telefon:            (012) 404 43 39

Faks:                (012) 404 43 34

 İnformasiya texnologiyaları idarəsinin Proqramlaşdırma şöbəsinin stajçı mütəxəssisi/ baş mütəxəssisi

Əmək haqqı: (1280 AZN-dən 2980 AZN-dək) (YENİ)

Vəzifə : İnformasiya texnologiyaları idarəsinin Proqramlaşdırma şöbəsinin stajçı mütəxəssisi, kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  •  Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Obyekt yönümlü proqramlaşdırma;
  •  Core Java;
  • Enterprise Java Application Development (Spring MVC bilənlərə üstünlük verilir);
  • Web Services (RESTful);
  • SQL development;
  •  Oracle PL/SQL əsaslarını bilmək;
  •  Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  •  İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Ən azı 3 il İT sahəsində iş təcrübəsi olanlara üstünlük verilə bilər; 

İŞİN TƏSVİRİ:

  • İnternet Banking-in inteqrasiyası;
  • Mövcud Bank sistemi üçün proqramlar yazmaq;
  • PL/SQL paketlərindəki kodları oxuyub başa düşmək qabiliyəti;
  • İnternet Banking-in idarə olunması;
  •  İT prosedurlarına uyğun olaraq vəzifələri yerinə yetirmək.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E - mail :           [email protected]

Telefon:            (012) 404 43 39

Faks:                (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et