Müəllif: Tamara Mustafayeva, Banco.az
Fəst-fud sənayesində inqilab: Artıq sifarişlər yeraltı robotlar vasitəsilə çatdırılacaq.
Banco.az xəbər verir ki, ABŞ-ın məşhur fəst-fud şəbəkəsi “Wendy's” inşa etdiyi tunellər vasitəsilə sifarişləri robotlarla çatdırmağa başlayacaq.
Fəst-fud şəbəkəsi çərşənbə yayımladığı açıqlamasında bildirib ki, mətbəxdən sifarişləri müştərilərin avtomobillərinə çatdırmaq üçün avtonom logistika şirkəti “Pipedream” ilə əməkdaşlıq çərçivəsində yeraltı tunellər inşa ediləcək. Bu texnologiya müştərilərin sifarişlərini daha tez və səmərəli şəkildə qəbul etmələrini təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, “Wendy's”in bu təşəbbüsü ilə fəst-fud restoranı ilk dəfə belə bir texnikadan istifadə etmiş olacaq.
Xatırladaq ki, şirkət bu yaxınlarda avtomobillərə sifariş üçün çatbotlardan istifadə etməyə başlayacağını da açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!