İsveçrənin robot istehsal edən şirkəti “ABB” Çinin Şanxay şəhərində 150 milyon dollarlıq müasir robot fabriki təsis etdiyini açıqlayıb.
Həmçinin oxu: Süni İntellekt texnologiyası üzrə aparıcı ÖLKƏLƏR
“ABB” şirkəti məqsədlərinin Şanxaydakı bu fabriki dünyanın ən qabaqcıl robot fabrikinə çevirmək olduğunu söyləyib.
İsveçrəli şirkət “ABB” Çinin robot bazarını fəth etmək üçün böyük məbləğdə sərmayə qoymağa hazırlaşır. Şirkət Şanxay şəhərində robot hazırlamaq üçün robotların əməyindən istifadə edəcək bir robot fabriki inşa etmək üçün 150 milyon dollar xərcləndiyini açıqlayıb. Şirkətin “YuMi” adlanan tək qollu robotları bu fabrikdə yeni robotlar istehsal edəcək. Şirkət, fabrikdə həmçinin “SafeMove2” proqramından da istifadə etməyi planlaşdırır. Bununla da YuMi və digər avtomatik cihazlar insanlarla yaxın məsafədə etibarlı şəkildə işləyə biləcəklər.
Həmçinin oxu: Süni İntellekt dövrünün işçiləri üçün lazımi 5 xüsusiyyət
ABB şirkətinin Süni İntellekt çalışmalarını sürətləndirmək üçün özünə məxsus tədqiqat mərkəzi də fəaliyyət göstərəcək.
Çin Amerikadan sonra şirkətin ikinci böyük bazarı olacaq və yeni fabrik şirkətin bazardakı mövqeyini əsaslı şəkildə gücləndirəcək. Şirkət 2020 – ci ilin sonlarına yaxın 75 000 kvadratmetrlik müəssisəni açmağı hədəfləyir.
Həmçinin oxu: Dünyanın ən yenilikçi 10 şirkəti
Tamara Mustafayeva, Banco.az