Artıq "Instagram"da da planlama funksiyası olacaq | Banco.az

Artıq "Instagram"da da planlama funksiyası olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Instagram" post planlaşdırma funksiyasını sınaqdan keçirməyə başlayıb.

Banco.az xəbər verir ki, "Instagram" platformasında istifadəçiləri, xüsusən də sosial media menecerlərini və məzmun yaradıcılarını sevindirəcək yeni funksiya işə düşür.

Məlum olduğu kimi, indiyədək tətbiqdə olmayan müxtəlif alətlər vasitəsilə "Instagram"da yazıları planlaşdırmaq mümkün idi. Platformanın sınaqdan keçirməyə başladığı yeni xüsusiyyət ilə üçüncü tərəf alətlərinə ehtiyac olmadan tətbiq daxilində planlaşdırma mümkün olacaq.

Hazırda məhdud istifadəçi tərəfindən sınaqdan keçirilən yeni funksiyanı "Twitter" istifadəçisi WFBrother elan edib. Skrinşotda "Instagram"ın “Ətraflı Parametrlər” bölməsindəki zamanlama xüsusiyyəti diqqəti çəkir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et