Artıq Chrome-da daha sonra ziyarət ediləcək səhifələr xüsusi yerdə toplanacaq | Banco.az

Artıq Chrome-da daha sonra ziyarət ediləcək səhifələr xüsusi yerdə toplanacaq

Tamara Mustafayeva, Banco.az

Google platforması "Chrome" brauzerinə daha sonra ziyarət ediləcək internet səhifələrinin toplanacağı yeni bölmə əlavə etməyə hazırlaşır.

Dünyanın dörd bir yanında milyonlarla insan tərəfindən istifadə edilən Google Chrome brauzerinə çox bəyəniləcək yeni bölmə əlavə ediləcək. Belə ki, brauzerdə "Daha sonra bax" adlı xüsusi bölmənin aktivləşdirilməsi nəzərdə tutulub. İstifadəçilər bu bölmədə daha sonra daxil olmağı nəzərdə tutduqları internet saytlarını toplaya biləcəklər. Bununla da brauzerdə həddindən artıq çox sayda pəncərə açılmasına ehtiyac qalmayacaq.

Son dövrlərdə Chrome yüksək RAM tələbi ilə istifadəçilərin şikayətlərinə səbəb olurdu. Bu yeni bölmə ilə istifadəçilərin sözügedən problemi aradan qaldırılacaq. 

Xatırladaq ki, sözügedən bölmə hazırda tərtibatçılar üçün nəzərdə tutulan Chrome Canary brauzerinin 86.0.4213.0 versiyasında sınaqdan keçirilir. 

Həmçinin oxu: Google Maps-dən YENİLİK - Canlı Görünüş funksiyası

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et