Azərbaycan Mərkəzi Bankı (AMB) Bakıda keçiriləcək İlk Avropa Oyunları münasibəti ilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanlarını tədavülə buraxılıb. AMB-dən verilən məlumata görə, xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb. Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunmuş, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Onlar ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğundur. Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.
Ölkəmizdə fəaliyyət göstərən banklardan ikisi artıq bu sikkələrin satışına başlayıb.
Avropa oyunları ilə əlaqədar müştərilər Bank Respublikadan 999 əyarlı 5 növ aşağdakı görünüşlü yalnız gümüş sikkələr əldə edə bilər.
1)Oxatma
2)Suya tullanma
3)Güləş
4)Gimnastika
5)Kanoe (avarçəkmə).
Hər birinin qiyməti 75 manat,çəkisi 31.21 qramdır.
Bank of Baku. Xatirə pul nişanlarının satışı yalnız Baş İdarədə həyata keçirilir. Xatirə sikkələrinin qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir:
Metal – 25 AZN
Gümüş - 70 AZN
Digər banklara isə hələlik xatirə pul nişanları daxil edilməyib və hazırda bu cür sikkələrin satışı həyata keçirilmir.