ARPA-nın yeni korporativ üzvləri sırasına daha bir şirkət qoşuldu | Banco.az

ARPA-nın yeni korporativ üzvləri sırasına daha bir şirkət qoşuldu

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının  Banco.az-a verdiyi məlumata əsasən, onun korporativ üzvləri sırasına Azəralüminium MMC şirkəti daxil oldu. Azəralüminium MMC – Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin aluminium istehsalçısıdır. 

ARPA-nın korporativ üzvlükdən əlavə həmçinin “fərdi üzvlük” və “fəxri üzvlük” paketləri də mövcuddur.

Qeyd edək ki, 2009-cu ildən etibarən fəaliyyət göstərən ARPA 21 oktaybr 2019-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyində  “Peşəkar Mühasib Təşkilatı” kimi akkreditasiyadan keçmişdir.

Peşəkar mühasib təşkilatı kimi fəaliyyət göstərən qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et