Argentina iqtisadiyyatı gözlənildiyindən daha çox böyüyüb | Banco.az

Argentina iqtisadiyyatı gözlənildiyindən daha çox böyüyüb

Tamara Mustafayeva, Banco.az

Argentina iqtisadiyyatı ilin II rübündə bazar gözləntilərini üstələyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Argentina Milli Statistika İnstitutunun yaydığı bəyanata görə, ölkədə ümumi daxili məhsul (ÜDM) ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Bazar proqnozları isə artımın 6,5 faiz olacağı istiqamətində idi.

Sözügedən dövrdə emal sənayesi 7,7 faiz, tikinti sektoru 9,9 faiz artdığı halda, kənd təsərrüfatı, heyvandarlıq və meşə təsərrüfatı sektorları 5,5 faiz azalıb. Ən yüksək artım tempi 53,9 faizlə otel və restoran sektorunda qeydə alınıb.

Eyni dövrdə, mövsümi təsirlərin kənarlaşdırıldığı göstəricilərdə isə əvvəlki dövrlə müqayisədə 1,0 faiz artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Argentina iqtisadiyyatı ilin birinci rübündə dövri olaraq 0,9 faiz, illik isə 6,0 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et