Argentina idxal vergisini azaldır | Banco.az

Argentina idxal vergisini azaldır

Müəllif:Ayşən İmanova/Banco.az

Argentina hakimiyyəti sentyabrın 2-dən yanvar ayında hökumətin qaldırdığı idxal vergisini 10% azaldacaq. 

Banco.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo bildirib.

"Sentyabrın 2-si bazar ertəsindən etibarən mal və yüklərin idxalı üzrə milli vergi dərəcəsi 17,5%-dən 7,5%-ə endiriləcək. Söz vermişdik və etdik!" - deyə nazir “X”də yazıb.

Söhbət Argentinanın dövlət büdcəsinin gəlirlərini artırmaq və həmçinin vergi kəsirini azaltmaq məqsədilə yanvar ayında qaldırdığı “PAIS” vergisindən gedir. Lakin bu addım xaricdən gətirilən malların bahalaşmasına səbəb olub.

“TN” telekanalı qeyd edib ki, qərar ilin birinci yarısında PAİS vergisindən əldə olunan gəlirlər hesabına profisit əldə edilən dövlət büdcəsinin gəlirlərinə mənfi təsir göstərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et