ARDNF valyuta hərraclarındakı satışını artırıb | Banco.az

ARDNF valyuta hərraclarındakı satışını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3 637 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Fondun məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur. 

Təkcə may ayında isə ARDNF-in valyuta satışının məbləği 334 milyon dollar təşkil edib. Bu isə ötən ilin may ayına nisbətən 5,2% azdır. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram