ARDNF-nin investisiya portfelinin xarici valyutalar üzrə bölgüsü açıqlanıb | Banco.az

ARDNF-nin investisiya portfelinin xarici valyutalar üzrə bölgüsü açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 aprel tarixinə cəmi investisiya portfeli 62 449,5 milyon dollar təşkil edib.  

Banco.az bu barədə Fonda istinadən xəbər verir.

Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 66,1%-ni ABŞ dolları təşkil edir. 

Məlumata görə, vəsaitlərin 21,4%-ni avro, 5,1%-i ingilis funt sterlinqi, 2,5%-i Çin yuanı, 1,3%-i Yapon yeni, 3,6%-ni digər valyutlar təşkil edib.

Fondun portfelində valyutalar bu şəkildə qərarlaşıb: ABŞ dolları: $41 274,7 mln., Avro: €12 218,5 mln., İngilis funt sterlinqi: £2 430,8 mln, Çin yuanı: CNY 11 275,7 mln., Yapon yeni: JPY 122 914,6 mln., digər valyutalar: $2 282,2 mln.

Əlavə edək ki, ABŞ dolları portfelinin 16 134,4 milyon dollarlıq hissəsini (25,8%) qızıl investisiyaları təşkil edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram