Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün fevral ayının ilk hərracı keçirilib.
Komitədən verilən məlumata görə, keçirilən hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrində 3-ü paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir.
Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Xətai rayonunda yerləşən “Araz kafe”si olub. Adıçəkilən əmlak 120 min manata özəlləşdirilib.
Regionlarda özəlləşdirilən əmlaklar Şəki şəhəri və Daşkəsən rayonunda yerləşən kiçik dövlət müəssisə və obyektləridir.
Qeyd edək ki, növbəti hərrac fevralın 14-də keçiriləcək.
©Oxu.az