ARAŞDIRMA: Telefonda kontaktlar niyə silinir? | Banco.az

ARAŞDIRMA: Telefonda kontaktlar niyə silinir?

Smartfonlar - funksiyalarından geniş şəkildə istifadəsi mümkün olan multimedia qurğularıdır. Lakin, bütün maraqlı funksiyalarına baxmayaraq,  telefonların əsas vəzifəsi zənglərdir. Əgər əlaqə və ya sim-kartların işində problem yaranarsa, smartfon yararlı devaysdan oyuncağa çevrilir.  Hansısa səbəbdən telefonun yaddaşından heç bir iz qoymadan vacib nömrələr itərsə, bu da çoxları üçün faciə deməkdir.

Kontaktlar hansı səbəblərdən itə bilər?

 

Belə qəfil yoxaçıxmaların səbəbi müxtəlif ola bilər. Bu MÜXTƏLİFLƏR arasından daha çox rast gəlinənləri Sizə təqdim edirik:

  • Əgər sizin qadjet (ağıllı əşya, yaddaş daşıyıcısı olan texniki qurğu) yerə düşübsə, hər hansı bir zərbə alıbsa, bir neçə və ya bütünlüklə kontaktların itməsi mümkündür.
  • Siz internetdə (vacib deyil hansı səhifələrə daxil olduqda) şəbəkəyə qoşularkən Android  müəyyən yazılanları silə bilər.
  • SMS yaddaşı dolduqda bəzi kontanklar silinə bilər.
  • Kontaktların @gmail.com akkauntu ilə sinxronlaşdırılma cəhdi olduqda da bu hall baş verə bilər.
  • Qurğu zavod parametrlərinə  sıfırlandıqda digər məlumatlar kimi kontaklar da silinir.

Kontaktlar silinmədən “Gizlilər” kateqoriyasına keçibsə...

Bəzi hallarda bu səbəbsiz də baş verir. Mobil telefon illərlə xidmət edir və müəyyən anda, uzun müddət və titizliklə toplanan verilənləri göstərmir.

 

Bu əlaqələr  niyə itir və onları  necə bərpa etmək olar?

Ən sərfəli kredit üçün müraciət et

 

Hər şey uğursuluğun səbəbindən asılıdır. “Zavod parametrləri”nə qayıtdıqda, itirilmiş nömrələri  ehtiyatda olan  kopiyalardan geri almaq mümkündür.

  • Əgər itki “google” hesabı ilə manipulyasiyalarla bağlıdırsa, hesabınızdan çıxıb  yenidən daxil olun.
  • “Əlaqə parametrləri”nə keçin, “Ətraflı” nişanı olan yerdə müəyyən zaman kəsiyini (məsələn, “1 gün və ya həftə, 30 gün ) seçib “Əlaqələri bərpa”  düyməsinə  sıxın.
  • Müxtəlif internet-forumlarda  “viber”lə sinxronlaşdırmanı  silmək və yenidən çalışdımaq və bununla yanaşı qurğunu yenidən başladın.

 

Nömrələrin itməsindən yox, sadəcə görünməməsindən şübhələndikdə isə:

  • “Əlaqələr” tətbiqini açın  və menyu düyməsinə sıxın.
  • “Əlaqələrin filtrləməsi”ni seçin.
  • “Bütün əlaqələr” əmrini aktivləşdirin və bu zaman sizdə simkarta, “viber”, “skayp” və digər mesencerlərə aid yazılanlar peyda olacaq.

Bəs görəsən, qiymətli məlumatları qorumaq üsulları varmı? Əslində bu üsullar çoxdur və əsas odur ki, siz özünüzə uyğun və rahat  olanı seçin.  Simkartda  Nömrələrin dublikatını çıxara, ya da daha müasir və “Google Contacts” servislərindən tutmuş “Outlook” vasitəsi ilə telefon kitabçasının sinxronlaşdırmaya  qədər güclü tətbiqlərdən istifadə edə bilərsiniz.

Əsas odur ki, bu manipulyasiyaları vaxtında görəsiniz və o zaman yəqin ki, “əlaqələr niyə telefondan yoxa çıxır?” sualı yaranmayacaq.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç