Araşdırma məqaləsi yazarkən diqqət etməli olduğumuz məsələlər hansıdır? | Banco.az

Araşdırma məqaləsi yazarkən diqqət etməli olduğumuz məsələlər hansıdır?

İqtisadiyyat üzrə təhsil alan birinə araşdırma etmək həmişə lazım olur, ümumiyyətlə hansı mövzuda olursa olsun araşdırmalar günümüzün hər anında qarşımıza çıxır. Məsələn banka depozit kimi pul yerləşdirdiyimiz anda, maaşı hesablayan zaman, əlimizdəki nəğd vəsaiti xarici valyutaya çevirdiyimiz zaman, hansı bank kartının yaxşı olduğunu görmək üçün, mağazalar arasında təqdim edilən paltarlarının qiymətini müqayisə edərkən, hər hansı bir layihəyə başlayan zaman və.s. Təbii ki, bu araşdırmalar iqtisadi, maliyyə, statistik, müqayisəvi və.s kimi ola bilər. Ona görə də təkcə məqalə yazdığımız zaman yox, gördüyümüz bütün işlər zamanı araşdırmalar etməliyik. Lakin hər şeyin bir qaydası olduğu kimi, araşdırma etməyin də ədəb-ərkanı mövcuddur. 

Ümumiyyətlə araşdırma apararkən ilk iş olaraq konkret bir mövzu seçmək lazımdır. Yəni ki, onu tədqiq etmək mümkün olsun. Məsələn sizə valyuta məzənnəsi barədə araşdırma lazımsa bunun üçün ölkəni seçib hər hansı bir tarixi aralıq müəyyən etməlisiniz. Çünki təkcə valyuta prosesini araşdırmaq sizə çətin gələcək və konkret bir nəticə əldə edə bilməyəcəksiniz. Mövzu seçimindən sonra araşdırmaya başlamaq olar.

1) Araşdırmanın özünə yaraşan bir adı olmalıdır. 

Belə bir işlək keys verim, banco-da araşdırma məqalələri yazdığım zaman məqalənin içi nə qədər qəşəng olur olsun, əgər adı gözə çarpan deyilsə, heç kim tərəfindən oxunulmur. Odur ki, ad məsələsi bir araşdırma məqaləsi üçün olduqca lazımi bir məsələdir, dügzün qoyulmuş ad yaxşı reputasiya deməkdir.

2) Mümkün qədər uzun cümlə və ifadələrdən qaçmaq.

Ən sərfəli kredit üçün müraciət et

Uzun cümlələr qarşımızdakını yorur, oxuma həvəsini öldürür. Məqalənin axıcılığını pozur, söz yığımından başqa şey olmur. Ümumiyyətlə çox uzun sözlər işlənən bir məqalə araşdırma olmur, nağıl olur. 

3) Vizuallıq araşdırmanın canı ciyəridir.

Ümumiyyətlə araşdırmada istifadə edilən hər hansı bir vizual vasitə ( bu diaqram, hər hansı bir chart, cədvəl ola bilər) onu oxuyan şəxsi düşündürməyə məcbur edir, həmin problemi bir də öz baxışı altında tədqiq etməyə kömək edir. 

4) Rəqəmlərdən istifadə etmək araşdırma üçün faydalıdır.

Əslində rəqəm yazmaq sizin konkret statistikalarla işləməyiniz deməkdir. Yəni siz bu araşdırdığınız mövzunu statistikası haqqında yetərli məlumat sahibisiniz. Həm də rəqəmlər müqayisə oluna bilən olduğundan məqaləni oxuyan üçün müqayisə etmək imkanı yaradır.

5) Araşdırma məqaləsi dəqiq mənbələrə əsaslansa, oxuyucu da sizə güvənər.

Çalışın götürdüyünüz informasiyaların hər biri dəqiq olsun, faktlara əsaslansın. Orada-burada eşitdiyiniz söz-söhbətlər olmasın. Çünki onu oxuyan oxuyucu sizə inanır və ondan istifadə edəcək. Səhv olsa onun qarşısında yalançı çıxacaqsınız :)

Ən sərfəli krediti almaq üçün müraciət et