"Aramco" avtomobil biznesinə sərmayə qoyan ilk böyük neft şirkəti olub | Banco.az

"Aramco" avtomobil biznesinə sərmayə qoyan ilk böyük neft şirkəti olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Aramco” “Renault” və “Geely”nin mühərrik istehsal edəcək müştərək şirkətlərinə tərəfdaş olacaq.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının neft nəhəngi “Saudi Aramco” şirkətinin fransız “Renault” və Çinli “Geely” şirkətlərinin daxili yanma mühərrikləri və hibrid texnologiyaları istehsal etmək üçün quracaqları yeni şirkətə şərik olacağı açıqlanıb.

Bu barədə “Saudi Aramco” məlumat yayıb.

Məlumata görə, “Saudi Aramco” “Renault” və “Geely”nin bərabər paya sahib olacaqları sözügedən şirkətin 20 faizlik səhmlərini satın alacaq. Ancaq bunun üçün nə qədər sərmayə qoyulacağı isə açıqlanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu təşəbbüs”Aramco”nu avtomobil biznesinə sərmayə qoyan ilk böyük neft istehsalçısı edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et