"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) müvəkkil hərrac təşkilatlarının sayı azalıb.
BOKT "Hidayətoğlu Şirkətlər Qrupu" MMC ilə əməkdaşlığı dayandırıb.
Hazırda "Aqrarkredit" ABB-nin problemli aktivlərinin satışını 2 şirkət - "Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi" və Respublika Xammal və Əmtəə Birjası - "Külək" MMC-lərlə həyata keçirir.
Xatırladaq ki, "Aqrarkredit" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 669 490,87 manatdır. BOKT-un səhmləri 100% dövlətə məxsusdur.
Mənbə: Report.az