Banco.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, aprel ayında İnterneyşnl Tranzakşn Sistem (102mln manat) brokerlərin renkinqinə başçılıq edir. Xatırladaq ki, ötən ay bu mövqedə Paşa Kapital qərarlaşmışdı. Aprel ayında o rəqibindən təxminən 1mln manatla geridə qalıb. İnterneyşnl Tranzakşn Sistem digər rəqibərini isə ən az 10 dəfə qabaqlayaraq, əlçatmaz mövqedə dayanıb. Texnika Kapital Menecment və Brokdil-AZ isə 3-cü və 4-cü yerdə qərarlaşıblar.
Unicapital və BoB Brokerin əməliyyatlarının həcmi təxminən bərabər olub. AzFinance Invest və Çelsi Kapitalın hər biri təxminən 3 mln manatlıq əqd bağlayaraq növbəti pilləyə sahibləniblər. Standard Kapital isə 1.6 mln manatıq əməliyyat aparıb.
2 broker isə 1mln manatdan aşağı dəyərdə əməliyyat apararq, siyahıda son yerləri tutublar.
Xidmətlərin həcminə görə brokerlərin reytinqi (aprel, 2015)
Xidmətlərin həcminə görə yeri |
Brokerlər |
Əməliyyatlarının həcmi (AZN) |
1 - (-) |
İnterneyşnl Tranzakşn Sistem MMC |
102 144 255.12 |
2 - (1) |
Paşa Kapital MMC |
101 496 276.55 |
3 - (2) |
Texnika Kapital Menecment MMC |
10 483 332.32 |
4 - (6) |
Brokdil-AZ MMC |
8 813 394.20 |
5 - (-) |
BoB Broker MMC |
4 971 905.41 |
6 - (4) |
Unicapital ASC |
4 255 089.18 |
7 - (8) |
AzFinance Invest MMC |
3 002 623.59 |
8 - (5) |
Çelsi Kapital MMC |
2 841 944.75 |
9 - (12) |
Standard Kapital MMC |
1 554 020.80 |
10 - (3) |
Xalq Kapital MMC |
729 226.96 |
11 - (11) |
ADB Broker MMC |
5 169.35 |