Müəllif - Aida İsaq, Banco.az
ABŞ ticarət departamenti aprel ayı üçün tikinti xərcləri məlumatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, müvafiq ayda ABŞ-da tikinti xərcləri bazar gözləntilərindən 1,2 faiz artaraq əvvəlki ayla müqayisədə 1,9 trilyon dollar olub. Mart ayında tikinti xərcləri 0,3 faiz artıb.
Aprel ayında dövlət tikinti xərcləri 1,1 faiz, özəl sektorun tikinti xərcləri isə 1,3 faiz artıb. Həmçinin sözügedən ayda tikinti xərcləri illik müqayisədə 7,2 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!