"Apple"dan yeniliklər | Banco.az

"Apple"dan yeniliklər

ABŞ-ın Apple korporasiyası San-Fransisko şəhərində "The Apple Worldwide Developers Conference" (WWDC) konfransında yeniliklərini təqdim edib.

Konfransın başlıca yeniliyi iOS9 mobil platforması olub. Bu platformadakı dəyişikliklər sürətin artırılması, batareyadan işləmə müddətinin 3 saat çoxalması və "Proactive Assistant" vasitəsilə axtarışın yaxşılaşdırılmasıdır.

Apple-in vitse-prezidenti Kreyq Federiqinin dediyinə görə, "Proactive" faktiki olaraq "Siri"nin əlavəsi və "Google Now"nun rəqibidir.

Yeni funksiya smartfon sahibinin gün ərzindəki davranışını öyrənəcək, ona məsləhət bildiyi kontenti "gərəkli vaxt"da təklif edəcək.

Məsələn, smartfon sahibi həftədə 3 dəfə idman zalına gedirsə və bu zaman qulaqcıq taxaraq musiqiyə qulaq asırsa, "Proactive" onun üçün həmin zamanda məşq üçün enerjili musiqini səsləndirəcək.

Funksiya elektron poçt və başqa kateqoriyalardan tanınmayan telefon nömrələrini də tapıb çıxaracaq.

Digər yeniliklər arasında "Apple Maps" ictimai nəqliyyat marşrutları, yeni multimediya xəbər kontentli "News" əlavəsi, "Apple Pay" proqramının aktivləşməsi var. "Passbook" proqramının adı dəyişərək "Wallet" olub.

Ən sərfəli kredit üçün müraciət et

iPad-a eyni vaxtda bir neçə işi yerinə yetirmək imkanı verən funksiya əlavə olunub.

Ən başlıcası isə "ağıllı" axtarış, "Siri" ilə inteqrasiyası, pleylistlərin seçimi və 24 saatlıq "Beats One" radiosuna malik "Apple Music" musiqi servisi işə salınıb.

Servis payızda "Android"də də işə düşəcək. "Apple Music" pulludur və aylıq abunə haqqı 10 dollardır.

WWDC konfransında Apple-in soft üzrə baş vitse-prezidenti Kreyq Federqi Mac OS X-un yeni, "El Capitan" adlı variantını da təqdim edib.

Bu əməliyyat sistemində svayplarla işləmək mümkündür.

"El Capitan" əvvəlki versiyalarla müqayisədə 1,4 dəfə sürətlə işləyir, renderinqi 40 faiz yaxşılaşdırır.

"El Capitan" payızda tam "açıq" olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et