Müəllif - Aida İsaq, Banco.az
“Apple” “AirPods Max” qulaqlıqlarının yenilənmiş versiyasını təqdim edə bilər.
Banco.az xəbər verir ki, məlumata görə, şirkətin onlayn mağazasının rəsmi saytı “AirPods Max”ın çatdırılma müddətini artırmağa başlayıb. Beləliklə, çatdırılma müddətinin iki həftədən üç həftəyə qədər çəkə biləcəyi qeyd olunur. Məlumata görə, bu kimi hallar adətən, şirkətin yeni nəsil cihazları elan etməyə hazırlaşdığı zaman baş verir. Brend yeni modelə üstünlük verərək, hazırkı modelin istehsalını azaldır. Beləliklə, “AirPods Max”ın yeni versiyasının təqdimatının 2023-cü ilin yazında baş tutması gündəmdədir. Bununla yanaşı, yeni nəsil “AirPods Max”ın təqdimatının ən azı 2024-cü ildə baş tutacağı da ehtimal olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!