Beynəlxalq marka qiymətləndirmə təşkilatı Brand Finance tərəfindən edilən “Dünyanın Ən Dəyərli 500 Brend Araşdırması”nda Apple 355 milyard dollarlıq marka dəyəri ilə birinci yerdədir.
Beynəlxalq brend qiymətləndirmə təşkilatı Brand Finance tərəfindən hazırlanan “Dünyanın Ən Dəyərli 500 Brend-Qlobal 500-2022 Araşdırması”na yekun vurulub.
Məlumata görə,ötən illə müqayisədə dəyərini 35 faiz artıraraq 355 milyard dollara çatdıran Apple “Dünyanın ən dəyərli brendi” ünvanını qoruyub saxlamağı bacarıb. 2021-ci il araşdırmasında da 263,4 milyard dollarla Apple birinci yerdə idi.
Təxminən 350 milyard dollar marka dəyəri ilə Amazon, Apple-ı, 263 milyard dollarla isə Google-u təqib edib.
Yuxarıda qeyd olunan siyahıda ABŞ-ın Microsoft şirkəti 184,2 milyard dollarla 4-cü, pərakəndə satış şirkəti Walmart 112 milyard dollarla 5-ci, Cənubi Koreyanın Samsung şirkəti 107,3 milyard dollarla 6-cı, ABŞ-ın Facebook şirkəti 101,2 milyard dollarla 7-ci, Çinin ICBC şirkəti 75 milyard dollarla 8-ci yerdədir. Çinin Huawei şirkəti 71,2 milyard dollarla 9-cu, ABŞ-ın Verizon şirkəti isə 69,6 milyard dollarla 10-cu yerdə qərarlaşıb.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!