Müəllif - Aida İsaq, Banco.az
"Apple" şirkəti istifadıçinin ürək döyüntüsünü, qanda oksigen səviyyəsini, qan təzyiqini və digər göstəriciləri qeydə ala bilən ağıllı üzük modelini patentləşdirib.
Banco.az xəbər verir ki, istifadəçinin fizioloji vəziyyətini izləməyə imkan verən modelin "Apple Watch"a alternativ ola biləcəyi qeyd olunur. Məlumata görə, bununla yanaşı ağıllı üzük OLED ekrana, toxunma, təzyiq və hərəkət sensorlarına sahib olacaq.
Qeyd edək ki, cihazın təqdimat tarixi ilə bağlı məlumat açıqlanmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!