"Apple" Türkiyədə 3 gün ərzində 2 dəfə iPhone qiymətlərini bahalaşdırıb | Banco.az

"Apple" Türkiyədə 3 gün ərzində 2 dəfə iPhone qiymətlərini bahalaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple Türkiyə” 1 ayda 3-cü qiymət artımını reallaşdırıb.

Banco.az xəbər verir ki, USD/TL məzənnəsindəki yüksəliş idxal məhsullarının qiymətlərində də özünü göstərməyə başlayıb.

3 gün əvvəl Türkiyədə qiymətləri qaldıran “Apple” Dollar/TL məzənnəsinin rekord qırmasından sonra məhsullarında yeni qiymət artımları edib.

Belə ki, ən bahalı iPhone 14 Pro Max hazırda 76 min 499 TL-yə satılır ki, cəmi üç həftə ərzində məhsuldakı qiyməti artım nisbəti 30 faizə çatıb.

Yeni qiymətlər aşağıdakı kimidir:

  • iPhone 14 başlanğıc qiyməti: 42 min 499 TL
  • iPhone 14 Plus 128GB: 46 min 999 TL
  • iPhone 14 PRO başlanğıc qiyməti: 54 min 999 TL
  • iPhone 14 Pro 1 TB: 72 min 499 TL
  • iPhone 14 Pro Max Başlanğıc qiyməti: 54 min 999 TL
  • iPhone 14 Pro Max 1 TB: 76 min 499 TL

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram