“Apple” şirkəti tibbi cihaz olan qulaqlıq yaradacaq | Banco.az

“Apple” şirkəti tibbi cihaz olan qulaqlıq yaradacaq

“Apple” şirkəti “AirPods” adlı simsiz qulaqlıqları həm də tibbi cihaza çevirməyi nəzərdə tutur.

Yeni qulaqlıqlar bədən hərarətini ölçən, habelə qamətin düz olmadığını bildirən sensorlarla da təchiz olunacaq.

Bununla yanaşı, yeni “AirPods”ların eşitmə qabiliyyətinin yüngül və orta qüsurlu olan şəxslərin köməyinə çatacağı gözlənilir.

Qeyd edək ki, “AirPods” qulaqlıqlarının son versiyası “Conversation Boost” funksiyası sayəsində müsahibin səsini artırmaqla kənar səsləri batırır.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et