Müəllif:Mehin Qasımova/Banco.az
"Apple"şirkəti "iPhone 17"ni Hindistanda istehsal edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, korporasiya Hindistanda "iPhone 17 və 17 Plus" smartfonlarını tam işə salmağı planlaşdırır.
Analitiklərin fikirincə, "Apple" illərdir Çindən asılılığını azaltmağa çalışır. Lakin yüksək mürəkkəblik səviyyəsinə malik top modellərin - "iPhone 17 Pro və 17 Pro Max" istehsalı Çində qalacaq.
Şirkətdən bildirilib ki, "iPhone 17"nin hazırlanması 2024-cü ilin sonunda başlayacaq, cihazların buraxılışı 2025-ci ildə baş tutacaq.
Məlumata görə, “Apple” hazırda Hindistanda smartfonların təxminən 12-14 faizini istehsal edir. 2024-cü ilə qədər şirkət bu payı 20-25 faizə çatdırmaq niyyətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!