“Apple” şirkəti Hindistanda istehsalını artırır | Banco.az

“Apple” şirkəti Hindistanda istehsalını artırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” iPhone istehsalında Çindən asılılığını azaltmaq üçün Hindistandakı beş fabrikdə istehsalı artırır.

Banco.az xəbər verir ki, “Apple” bu ayın əvvəlində verdiyi açıqlamada Çinə tətbiq edilən tariflər səbəbilə 1,1 milyard dollarlıq əlavə xərc gözlədiyini bildirmişdi. Şirkət bu tariflərin təsirini azaltmaq məqsədilə ABŞ bazarına istiqamətlənən iPhone istehsalının böyük hissəsini Çindən Hindistana köçürərək oradakı fabriklərin sayını artırıb.

“Apple” gələn ay təqdim ediləcək iPhone 17 seriyasının 4 modelinin hamısını Hindistanda istehsal edir. Şirkətə yaxın mənbələrin sözlərinə görə, bu vəziyyət Pro modellər də daxil olmaqla bütün yeni modellərin Hindistandan göndəriləcək olması baxımından ilk dəfə baş verir.

İstehsaldakı bu genişlənmə yaxın vaxtda fəaliyyətə başlayan Tamil Nadu ştatının Hosur şəhərindəki “Tata Group” müəssisəsini və Bangalor hava limanına yaxın “Foxconn Technology Group” istehsal mərkəzini əhatə edir. Bloomberg-ə danışan mənbələr, “Apple”ın tərəfdaşlarından biri olan “Tata”nın rolunun artdığını və yerli qrupun nəzarətində olan fabriklərin qarşıdakı iki il ərzində Hindistandakı iPhone istehsalının yarısını təşkil edəcəyini bildirirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram