Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Apple” korporasiyası istifadəçinin üzünü tanıya və Face ID-dən istifadə edərək qapını aça bilən ağıllı qapı zənginin yaradılmasına başlayıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətdəki mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Məlumata görə, şirkət ev cihazlarını idarə etmək üçün Face ID-ni “Apple HomeKit” platformasına tam inteqrasiya etmək istəyir. “Apple” həmçinin ağıllı zənglərin funksionallığını smart kilidlərlə birləşdirməyə hazırlaşır.
Qeyd olunub ki, yeni cihaz “Amazon Ring” və “Google Nest”ə rəqib olacaq, lakin “Apple” onu daha rahat və təhlükəsiz etmək istəyir.
Nəşrin mənbələrinə görə, qurğu hələ inkişafın ilk mərhələsindədir və onun təqdimatı gələn ilin sonuna qədər gözlənilmir.