“Apple” şirkəti baş direktorunun maaşını azaldacaq | Banco.az

“Apple” şirkəti baş direktorunun maaşını azaldacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” baş direktoru Tim Kukun maaşını 40 faizdən çox azaldacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” firmasının rəhbəri Tim Kuk 2023-cü ildə maaşının 40 faizdən çox azaldılaraq 49 milyon dollara endirilməsini tələb edib.

Dəyişikliklərin bir hissəsi olaraq, “Apple”ın fəaliyyət qrafiki ilə əlaqəli Kuka verilən səhm vahidlərinin faizi isə 50 faizdən 75 faizə çatdırılacaq.

Qeyd edək ki, 2022-ci ildə Tim Kuk 3 milyon dollar dəyərində baza maaşı, təxminən 83 milyon dollarlıq səhmlər və bonus da daxil olmaqla ümumilikdə 99,4 milyon dollar maaş əldə etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et