“Apple” qızılı rəngli “iPad” buraxacaq | Banco.az

“Apple” qızılı rəngli “iPad” buraxacaq

“Bloomberg” nəşri şirkətin planları ilə tanış insanlara istinadən yazır ki, “Apple” yeni “iPad” nəslinin istehsal xəttində korpusu qızılı rəngdə hazırlayacaq.

ICTnews-a istinadən bildirir ki, planşetlərin nümayişi oktyabrda gözlənilir. Qızılı rəng “Apple” planşetlərinin istehsal xəttində üçüncü rəng çaları olacaq. İndi tünd və gümüşü rəng çalarında “iPad”lar əlçatandır.

Ən sərfəli kredit üçün müraciət et

“iPad” planşetlərinin satış həcmi üçüncü rüb ardıcıl azalır. 2014-cü ilin birinci rübündə “Apple” 26,035 milyon, ikinci rübdə 16,35 milyon, üçüncü rübdə 13,276 milyon planşet satıb. 2013-cü ilin dördüncü rübündə planşetlərin satış həcmi 14,079 milyon təşkil edib. Təxminlərə görə, yeni rəng çaları alıcıların “Apple”ın istehsal xəttinə marağını artıracaq.

Qafqazinfo

Ən sərfəli krediti almaq üçün müraciət et