Müəllif - Aida İsaq, Banco.az
"Apple" şirkəti qanda şəkərin miqdarını müəyyən edən "Apple Watch" modeli üzərində işləyir.
Banco.az xəbər verir ki, bu istiqamətdə şirkətin müəyyən irəliləyiş əldə etdiyi bildirilir. Müvafiq ağıllı saatların bazara daxil olması diabet xəstələrinin diqqətini çəkəcəyi qeyd olunur. Məlumata görə, ABŞ-da hər on nəfərdən biri şəkərli diabetdən əziyyət çəkir. Ancaq şəkəri müəyyən etmək üçün tətbiq olunan texnoloji metod bir o qədər də əlverişli deyil. "Apple" müvafiq modeli ilə bu sahədə əsl inqilab edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!