Apple Pay artıq Xalq Bank kart sahibləri üçün əlçatan olur | Banco.az

Apple Pay artıq Xalq Bank kart sahibləri üçün əlçatan olur

Bu gündən etibarən Xalq Bank plastik kart sahibləri üçün əməliyyatların sadə, təhlükəsiz və məxfi aparılmasına imkan verən Apple Pay təmassız ödəmə üsulunu istifadəyə verir.

Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq edir və bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodundan istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz. 

Müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brauzerlərində açılmış saytlarda rahat və sürətli alış-veriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və mürəkkəb formaları doldurmağa ehtiyac qalmır. Apple Pay-dən həmçinin Apple Watch tətbiqlərində ödəmələr etmək üçün istifadə oluna bilər. 

Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında dayanır. Siz kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.  

Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“Əlavə et”) işarəsini sıxıb oradakı təlimatlara əsasən Xalq Bank kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Bununla yanaşı, müştəri Xalq Bankın öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Apple Pay barədə daha ətraflı http://www.apple.com/apple-pay/  saytından tanış ola bilərsiniz.

Xalq Bank haqqında daha ətraflı məlumat burada: https://xalqbank.az/

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et