Apple nəhayət ki, Huawei şirkətini geridə qoydu | Banco.az

Apple nəhayət ki, Huawei şirkətini geridə qoydu

Tamara Mustafayeva, Banco.az

Həyata keçirilən bazar araşdırmaları Apple firmasının smartfon bazarında ikinci pilləyə yüksəldiyini ortaya qoyur.

Məlum olduğu kimi, son illərdə Çinin texnologiya nəhəngi Huawei bazardakı sürətli yüksəlişlə diqqət çəkmiş və Apple firmasını geridə qoyaraq Samsung-dan sonra ikinci pillədə qərarlaşmışdı.

Ancaq 2019-cu ildən bəri Huawei ABŞ tərəfindən tətbiq edilən sanksiyaların təsiri ilə xüsusilə də, qlobal bazarlarda dəyər itirməyə başlayıb. Belə ki, sözügedən sanksiyalar səbəbilə Huawei şirkətinin yeni smartfon modellərində Google xidmətlərinin olmaması şirkətin xarici ölkələrdə ağır zərbə almasına gətirib çıxarıb. Bu səbəbdən də son zamanlarda həyata keçirilən araşdırmalar Apple firmasının önə keçdiyini aşkar edib.

Hesabatlara görə, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung smartfon bazarına liderlik etməyə davam edir. 2020-ci ilin 4-cü rübündə dünya miqyasında smartfon tədarükü illik 2% geriləmə ilə 359,6 milyon ədəd olub. Apple firması əvvəlki ilə nəzərən 4% artımla 81,8 milyon ədədlə təkcə bir rüb ərzində bu vaxta qədərki ən yüksək iPhone satışına imza atıb. Samsung isə 12-lik geriləmə ilə 62 milyon tədarüklə ikinci pillədə yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et