Apple mobil ödəmə bazarına çıxır | Banco.az

Apple mobil ödəmə bazarına çıxır

ABŞ-ın Apple elektronika istehsalçısı şəxsi ödəmə sistemini buraxmağa hazırlaşır. Nəticədə, iPhone və iPad sahibləri internet üzərindən və mağazalardan məhsul satışı və xidmət alış-verişi edə biləcəklər.

The Information nəşrinin məlumatına görə, şirkət Visa ilə əməkdaşlıq haqda danışıqlar aparır. Apple bu sistemlə işləyərək kənar prosessinq xidmətlərindən azad olacaq. Nəticədə, həm satıcılar, həm də istehlakçılar qənaət edə biləcəklər. Ödəmə sazişlərinin təhlükəsizliyinə iPhone smartfonundakı məxfi maliyyə informasiyasını saxlayan qoruyucu element cavab verəcək.

Apple şirkətinin ödəmə həllinin hazırlaması haqda KİV hələ bir neçə il bundan əvvəl yazmağa başlamışdı. 2014-cü ilin yanvarında Apple-ın rəhbəri Tim Kuk deyib ki, onun şirkəti mobil ödənişlərlə maraqlanır, çünki burada böyük imkanlar var.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et