"Apple" markalı ayaqqabı hərraca çıxarılıb | Banco.az

"Apple" markalı ayaqqabı hərraca çıxarılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” markalı ayaqqabı hərracda satışa çıxarılıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin 1990-cı illərdə işçiləri üçün hazırladığı “Apple” markalı idman ayaqqabıları hərraca çıxarılıb.

Nyu-Yorkda yerləşən Sotheby's Hərrac Evi sözügedən idman ayaqqabısının hərracını 50 min dollardan başladıb.

Hərrac Evi üzərində “Apple”ın göy qurşağı rəngli köhnə loqosu olan ağ dəri ayaqqabıların heç istifadə edilmədiyini, lakin bəzi hissələrinin saraldığını açıqlayıb. Satışa çıxarılan “Apple” markalı ayaqqabıların 41 nömrə olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Apple”ın birinci nəsil smartfonu fevral ayında onlayn hərracda 63 min dollara satılmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et