Apple irqçiliklə mübarizə üçün 100 milyon dollar xərclədi | Banco.az

Apple irqçiliklə mübarizə üçün 100 milyon dollar xərclədi

Tamara Mustafayeva, Banco.az

Apple firması irqi bərabərliyi təşviq etmək məqsədilə 100 milyon dollar investisiya qoyacağını açıqlayıb.

Son dövrlərdə xüsusən ABŞ-da yaşanılan irqi ayrı-seçkilik hadisələrindən sonra şirkətlər də məsələ ilə bağlı müvafiq addımlar atmağa başlayıblar. Baş ofisi Kaliforniya ştatının Kupertino şəhərində yerləşən texnologiya nəhəngi Apple da sosial məsuliyyət layihələri çərçivəsində irqçiliklə mübarizə üçün 100 milyon dollar vəsait ayırdığını bildirib.

Şirkət ilkin mərhələsi qara dərililər üçün kolleclər və universitetlər üzrə tədris mərkəzi olan "Proper Center"ə 25 milyon dollar dəyərində ianə verilməsi olmaqla üç müxtəlif layihə üzərində işləyir.

Bununla yanaşı, Miçiqan ştatının Detroyt şəhərində kodlaşdırma üzrə təhsil alan tələbələri dəstəkləmək üçün "Apple Developer Academy" üzrə maliyyə dəstəyi göstəriləcək. Apple şirkətinin ətraf mühit, strategiya və sosial layihələr üzrə vitse-prezidenti Lisa Jackson layihəyə rəhbərlik edəcək. Texnologiya şirkəti sözügedən layihə çərçivəsində görülən işlərin bir qismini artıq ictimaiyyətə təqdim edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et