Apple iPhone 12 seriyasının təqdimatını gecikdirə bilər | Banco.az

Apple iPhone 12 seriyasının təqdimatını gecikdirə bilər

Tamara Mustafayeva, Banco.az

Apple şirkətinin uzun müddətdir ki, gözlənilən yeni flagman modelləri "iPhone 12" seriyasının təqdimatını oktyabr ayında keçirəcəyi iddia edilib.

ABŞ-ın texnologiya nəhəngi Apple firması hər il təqdim etdiyi yeni iPhone modelləri ilə böyük rəğbət qazanır. Şirkət ötən ilin sentyabr ayında iPhone 11 seriyasını ictimaiyyətə təqdim etmiş və bazara çıxarmışdı. Sözügedən modellər, xüsusilə də kamera xüsusiyyətlərinə görə istifadəçilərin razılığına səbəb olmuşdu. Bu il isə şirkət yeni flagman modelləri "iPhone 12" seriyasını təqdim etməyə hazırlaşır.

Yeni modellərlə bağlı bir çox informasiya adətən şirkətə yaxın mənbələr tərəfindən mətbuatda yayılır. Məlum olduğu kimi, Apple firması yeni məhsullarını hər ilin sentyabr ayında təqdim edir. Lakin, bu il şirkətin pandemiya səbəbilə tədarük prosesində problemlərlə üzləşdiyi bilinir.

Odur ki, bəzi mənbələr iPhone 12 seriyasının təqdimatının təxirə salınacağını iddia edib. Adətən düzgün proqnozları ilə tanınan Jon Prosser sözügedən modelin təqdimatı ilə bağlı bəzi iddialar irəli sürüb.

Apple firmasının 2020-ci ildə keçiriləcək tədbirlərinə dair proqnozlar verən Prosser texnologiya nəhənginin sentyabr və oktyabr aylarında iki fərqli təqdimat mərasimi təşkil edəcəyini bildirib. Bu proqnozlara görə, şirkət sentyabr ayında Apple Watch və iPad modellərini tanıdacaq.

Ən sərfəli kredit üçün müraciət et

iPhone 12 seriyasının təqdimatı isə oktyabr ayında reallaşacaq. Təqdimat mərasiminin 12 oktyabr tarixində keçiriləcəyi, yeni smartfonların isə 19 oktyabr tarixində satışa çıxarılacağı qeyd edilib. Bu satış tarixi ABŞ, Kanada və bəzi Avropa ölkələri üçün nəzərdə tutulub.

Həmçinin oxu: Apple münasib qiymətə yeni iPhone ilə Android bazarına rəqib ola bilər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et