“Apple” inqilab etdi | Banco.az

“Apple” inqilab etdi

ABŞ-ın texnologiya nəhəngi "Apple" "The Worldwide Developer Conference 2014"də (WWDC 2014) "iPhone" və "iPad"-lərlə yanaşı, fərdi kompüterlər və makbuklar üçün yeni əməliyyat sistemlərini nümayiş etdirib. 

69 ölkədən 6000 iştirakçının olduğu konfransda həm iOS8, həm də Macintosh (iMac) kompüterlər üçün Yosemite əməliyyat sistemi təqdim edilib.

"Apple"-ın maraqla gözlənilən "iPad" və "iPhone" üçün nəzərdə tutulan yeni əməliyyat sistemi iOS8 "Whatsapp" kimi uğur qazanmış tətbiqləri özündə birləşdirib. 

Yeni sistemdə "iMessage" ilə Android telefonlarla da pulsuz mesajlaşmaq mümkündür. Audio və video göndərmək üçün istifadə olunan "iMessage" göndərilənləri qəbul etmədiyiniz təqdirdə 2 dəqiqə içində itirir. 

Şirkət "Healthkit" (Sağlamlıq dəsti) adını verdiyi yeni bir tətbiqi də təqdim edib. 

Ən sərfəli kredit üçün müraciət et

"Healthkit" istifadəçiyə aid iPad və iPhone çox sayda sağlamlıq tətbiqi vasitəsilə təzyiq və çəki kimi məlumatları bir araya yığacaq.

Şirkətin təqdim etdiyi digər tətbiqlərdə də yenilənmələr və əlavə üstünlüklər nəzərə çarpacaq.

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et