"Apple" ilk üzən mağazasını istifadəyə verib | Banco.az

"Apple" ilk üzən mağazasını istifadəyə verib

Tamara Mustafayeva, Banco.az

"Apple" firması 10 sentyabrda Sinqapurda ilk üzən mağazasını istifadəyə verib.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, "Apple" hələ 2020-ci ilin avqust ayında Sinqapurun Mərkəzi rayonunda, Marina Bay körfəzi sahilində yerləşən "Marina Bay Sands" adlı kurort bölgəsində yeni mağaza açacağını elan etmişdi. Şirkət nəhayət ki, sözügedən mağazanın açılışını həyata keçirib.

Üzən kürənin içərisində yerləşən mağaza tamamilə suyun səthində olması səbəbindən şirkətin digər mağazalarından fərqlənir. 

"Apple" üçün yeni təşəbbüs olan bu mağaza şəhərin və onun möhtəşəm siluetinin 360 dərəcə panoramik mənzərəsini təqdim edir. Gecələr işıqlandırılan mağaza suyun üzərindəki əksi ilə olduqca təsir edici görünüşə malikdir.

"Apple Marina Bay Sands" adi "Apple" mağazası kimi fəaliyyət göstərir. Müştərilər burada müxtəlif "Apple" məhsullarına baxa, yeni məhsullar kəşf edə, texniki dəstək ala və Marina Körfəzinin 360 dərəcə mənzərəsindən həzz ala bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu yeni mağazada şirkətin ilk sualtı iclas otağı da yerləşir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et