Apple ilin ən yaxşılarının adını açıqladı | Banco.az

Apple ilin ən yaxşılarının adını açıqladı

2019-cu ilin bitməsinə bir neçə gün qaldığı bir vaxtda iPhone həmişə olduğu kimi ilin ən yaxşı oyununun və tətbiqinin adını açıqlayıb. TED.az xəbər verir ki, bu açıqlama Nyu-Yorkda keçirilən özəl tədbirdə verilib.

Beləliklə, 2019-cu ilin ən yaxşı tətbiqi “Spectre Camera”dır. Tətbiq möhtəşəm kadrlar tuta bilmək üçün süni intellektdən istifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Ən yaxşı iPad tətbiqi “Flow by Moleskine”, ən yaxşı Apple TV tətbiqi “The Explorers”, ən yaxşı Macbook tətbiqi isə “Affinity Publisher” oldu. İlin ən yaxşı oyunu “Sky: Children of the Light” seçildi.

Bundan başqa, Apple-ın bu il ilk dəfə verdiyi “Apple Music Awards” mükafatları da öz qaliblərini tapdı. İlin ən yaxşı qlobal sənətçisi Bille Ellish seçildi. İlin mahnısı mükafatına isə “Lil Nas X-in Old Town Road” layiq görüldü.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et