Müəllif:Ayşən İmanova/Banco.az
“Apple” korporasiyası dünyanın ən qabaqcıl süni intellektini (AI) yaratmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tim Kuk “Wall Street Journal”a (WSJ) müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Apple”ın neyron şəbəkəsi artıq şirkət avadanlıqlarının istifadəçiləri üçün ən yaxşısıdır, lakin mütəxəssislər süni intellektini təkmilləşdirdikdə, o, “dünyanın ən yaxşısı” olacaq.
“Məlum olduğu kimi, həqiqətən yaxşı bir neyron şəbəkəsi yaratmaq çox çətindir. Bu, çoxlu təkrarlama tələb edir. Hər bir təfərrüatdan narahat olmaq lazımdır”, - deyə “Apple” rəhbəri şirkətin süni intellekt bazarında birincilər arasında olmamasının səbəbini izah edib.
Kuk “Apple” neyron şəbəkəsindən istifadə ilə bağlı təəssüratlarını da bölüşərək, bunun sayəsində xeyli vaxta qənaət etməyə başladığını qeyd edib.