"Apple" Çini Hindistanla əvəzləyəcək | Banco.az

"Apple" Çini Hindistanla əvəzləyəcək

Tamara Mustafayeva, Banco.az

Son dövlərdə Çin və Amerika arasında vəziyyətin gərginləşməsi ABŞ-ın texnologiya nəhəngi "Apple"ın istehsalı Çindən Hindistana köçürməsinə zəmin yaradıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "iPhone" istehsalının böyük hissəsini Çində həyata keçirən "Apple" firması Çin prezidenti Si Tsinpin ilə ABŞ hökuməti arasında yaşanan gərginlik və ölkədəki karantinlər səbəbindən bir müddətdir ki, fərqli alternativlər axtarışında idi.

Mövzuya yaxın mənbələrin dediyinə görə, "Apple" firmasının Hindistanda istehsalı artırmaq və yeni smartfon modelinin istehsalını sürətləndirmək üçün bəzi tədarükçülərlə birlikdə işlədiyi məlumdur. Hindistandan ilk "iPhone" istehsalı isə oktyabrın sonu və ya noyabrın əvvəlində tamamlana bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu xəbərdən sonra Hindistandakı "Apple" distribyutoru "Redington India"nın səhmləri 9,5% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et