Müəllif:Ayşən İmanova/Banco.az
“Apple” “iPhone 16” xəttinin təqdimatından sonra ən azı 10 cihazının satışını dayandırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.
Ənənəvi olaraq, şirkət hər payız bir sıra cihazların satışını dayandıraraq onları yeni modellərlə əvəz edir.
Satışdan çıxarılmaya ilk namizədlər arasında müvafiq olaraq “iPhone 16 Pro” və “16 Pro Max”a yol verəcək “iPhone 15 Pro” və “15 Pro Max” var. Həmçinin “iPhone 14 Plus”un satışının dayandırılacağı gözlənilir - xəttə yalnız “iPhone 14” qalacaq.
Bundan əlavə, “Apple” şirkətin onlayn mağazasında brendin mövcud olan ən köhnə telefonu olan “iPhone 13”ün istehsalını həmişəlik dayandırmağı planlaşdırır. Yeni “iPad mini”nin qarşıdan gələn buraxılışı ilə əlaqədar altıncı nəsil planşetin istehsalı da dayandırılacaq.
Bununla yanaşı, “Apple Watch 9”, “Watch Ultra 2” və “Watch SE 2” modellərinin istehsalı dayandırılaraq yeni smart cihazlarla əvəz olunacaq. “AirPods 2” və “AirPods 3” də köhnəlmiş hesab olunacaq və yerini “AirPods 4”ə verəcək.