"Apple" Avropanın ən böyük mağazasını Türkiyədə açacaq | Banco.az

"Apple" Avropanın ən böyük mağazasını Türkiyədə açacaq

Tamara Mustafayeva, Banco.az

"Apple" firması Avropadakı ən böyük mağazasını İstanbulun işlək bölgələrindən biri Bağdad küçəsində açağını rəsmi olaraq elan edib.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, Avropanın ən böyük "Apple Store"u olacağı bildirilən bu yeni mağazanın harada açılacağı şirkətin rəsmi internet saytında qeyd olunub.

Türkiyədə sayca üçüncü mağazasını açmağa hazırlaşan texnologiya nəhəngi mövzu ilə bağlı açıqlamasında aşağıdakı ifadələrə yer verib:

"İstanbulun ürəyi hesab edilən Bağdad küçəsində yaxın günlərdə yeni bir mağaza açacağıq. Öz işinin mütəxəssislərilə sizi görüşdürəcək, yeni informasiyalarla təmin edəcək, eyni zamanda həyətində vaxt keçirərkən sizə ilham olacaq və yaradıcılıq bacarıqlarınızı ortaya çıxaracaq bu üçüncü mağazamızda kiçik-böyük hər kəslə, hər cür fikir və ideya ilə görüşəcəyimiz günü səbirsizliklə gözləyirik."

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et