Apple "armud loqosu"-nu məhkəməyə verdi | Banco.az

Apple "armud loqosu"-nu məhkəməyə verdi

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya nəhəngi Apple firması armud loqosundan istifadə edən "Prepear" adlı tətbiqi məhkəməyə verib.

Mobil istifadəçilərin ərzaq siyahısı hazırlamasına imkan yaradan "Prepear" adlı tətbiqin şirkətin loqosunu təqlid etdiyini iddia edən Apple məsələni məhkəməyə aparıb.

Banco.az Daily Mail qəzetində dərc olunan xəbərə istinadla bildirir ki, şirkət sözügedən loqonun Apple markasının loqosuna zərər verdiyini vurğulayıb.

Apple firmasının məhkəməyə müraciət etməsinin ardınca "Prepear" şirkətindən məsələ ilə bağlı açıqlama edilib. 5 nəfərdən ibarət şirkətin açıqlamasında, "Dünyanın ən böyük, ən varlı və ən güclü şirkətlərindən biri ilə hüquqi mübarizəyə başlamaq qorxuducudur", deyə bildirilib.

Açıqlamada həmçinin qeyd edilib ki, Apple firmasının güclü imicinə baxmayaraq, şirkət haqqlarını qorumaq üçün lazımi bütün addımları atacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram