Apple 6 ildə təqribən 100 şirkət satın aldı | Banco.az

Apple 6 ildə təqribən 100 şirkət satın aldı

Tamara Mustafayeva, Banco.az

Apple şirkətinin CEO-su Tim Kuk şirkətin ötən altı il ərzində təqribən 100 şirkəti tərkibinə qatdığını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Tim Kuk Apple səhmdarlarının illik iclasında şirkətin maliyyə strukturu ilə bağlı müvafiq məlumatları bölüşüb.

Kuk sözügedən iclasda texnologiya nəhənginin ötən altı il ərzində orta hesabla 3-4 həftədə bir şirkət satın aldığını bildirib. O, həmçinin sözügedən satınalmaların əksərən texnologiya və bacarıqların təkmilləşdirilməsi istiqamətində olduğunu da vurğulayıb.

Qeyd edək ki, Apple firmasının ötən 10 il ərzində 3 milyard dollar dəyərindəki ən böyük satınalması isə qulaqlıq istehsalçısı "Beats Electronics" şirkəti üzrə olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et