API: ABŞ-ın neft ehtiyatları artıb | Banco.az

API: ABŞ-ın neft ehtiyatları artıb

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (6-12 yanvar) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.

ABŞ-ın neft ehtiyatları 1,1 mln. barel artaraq 425,1 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 0,8 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

APA